Şamaxı sakini qonşusunu bıçaqlayıb

Şamaxı sakini qonşusunu bıçaqlayıb
# 03 sentyabr 2012 10:05 (UTC +04:00)
Şamaxı. Elvin Yaqubov - APA. Şamaxı rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə hadisə Şamaxı şəhərindəki yeməkxanalardan birində baş verib. Şəhər sakini, 1988-ci il təvəllüdlü Qəribov Elçin Heybət oğlu qonşusu 1960-cı il təvəllüdlü Babayev İlham İkram oğlu ilə birgə kafedə yeyib-içdikdən sonra aralarında şəxsi münasibətlər zəminində baş verən insident zamanı onu bıçaqlayıb. İlham Babayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR