Odessada GUAM ölkələrinin pulların yuyulması problemi ilə bağlı beynəlxalq seminarı keçirilib
24 sentyabr 2012 09:25 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA-Economics. Odessa (Ukrayna) şəhərində GUAM üzvü olan ölkələrin pulların yuyulması problemi ilə bağlı beynəlxalq seminarı keçirilib.
“APA-Economics”in GUAM-ın saytına istinadən xəbərinə görə, tədbir BMT-nin Narkotiklər və cinayətkarlıqla mübarizə İdarəsinin GUAM Katibliyi ilə əməkdaşlıq layihəsi çərçivəsində və ABŞ-ın Ukraynadakı səfirliyinin dəstəyi ilə baş tutub.
Seminar cinayət yolu ilə əldə olunmuş gəlirlərin leqallaşdırılmasına qarşı mübarizədə qurumlararası qarşılıqlı fəaliyyətin milli mexanizmlərinin təkmilləşdirilməsi məsələlərinə həsr olunub. Tədbirdə GUAM ölkələrinin maliyyə kəşfiyyatı, daxili işlər, vergi xidmətləri, prokurorluq və məhkəmə orqanlarının nümayəndələri, ABŞ, Böyük Britaniya, İtaliya, Litva və Macarıstanın, eləcə də Cənub-Şərqi Avropa hüquq-mühafizə orqanları Mərkəzinin (SELEC) və Avropa Birliyinin Moldova və Ukraynaya sərhəd yardımı missiyasının ekspertləri iştirak ediblər.

Maliyyə
AMB: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilir
11:53
18 may 2024
Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var
11:08
18 may 2024
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:23
18 may 2024
Samirə Musayeva: Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib
17:31
17 may 2024