Sabah «Bank Standard»ın «Kartla ödə, «Apple» qazan!» aksiyasının II mərhələsinin qalibləri müəyyənləşəcək

Sabah «Bank Standard»ın «Kartla ödə, «Apple» qazan!» aksiyasının II  mərhələsinin qalibləri müəyyənləşəcək
# 16 aprel 2012 09:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Aprelin 17-də «Bank Standard» QSC-nin baş ofisində «Kartla ödə, «Apple» qazan!» aksiyasının II mərhələsinin uduş fondunun lotereyası keçiriləcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hər iştirakçı topladığı lotereya lotlarının ümumi sayını kartının nömrəsi ilə Bankın saytı (www.bankstandard.com) vasitəsilə öyrənə bilər.

Xatırladaq ki, ötən ilin oktyabrın 16-dan sentyabrın 31-dək 4 mərhələdən ibarət olmaqla keçirilən «Kartla ödə, «Apple» qazan!» aksiyası «Bank Standard» tərəfindən buraxılmış bütün kartların sahiblərini əhatə edir. Aksiyanın növbəti III və IV mərhələlərində ardıcıl olaraq 10 ədəd son model «i-Phone» mobil telefonu və 10 ədəd «MacBook Air» noutbuku oynanılır.

Aksiya müddəti bankın müştəriləri öz kartlarından istifadə edib POS-terminal, bankomat, «Mobile Banking» xidməti vasitəsilə, habelə internetdə ödənilmiş məbləğlərin hər 10 şərti vahidi (manat, dollar, funt sterlinq və avro) müqabilində bir lotereya şansı əldə edirlər.

Qeyd edək ki, ayrı-ayrı mərhələlərdə qazanılan lotereya şanslarına uduş düşmədiyi halda onlar növbəti mərhələlərdə qüvvədə qalacaq. Lotereya şansları kart vasitəsilə ödənişlərlə yanaşı, «Bank Standard»ın kart məhsullarını əldə etmək müqabilində də verilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR