«Bank Silk Way»in faiz mənfəəti artıb

«Bank Silk Way»in faiz mənfəəti artıb
# 01 fevral 2013 08:33 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Bank Silk Way» ASC-nin 2012-ci ildə əldə etdiyi gəlirlərin həcmi 14,926 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin göstəricisindən 39,7% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 59,9% artaraq 8,327 mln. manata çatıb.

Bankdan verilən məlumata görə, ötən il bank 3,962 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 21,7% azdır.

Qeyd edək ki, bankın faiz gəlirləri 9,502 mln. manat, qeyri-faiz gəlirləri 5,424 mln. manat, faiz xərcləri 3,117 mln. manat, qeyri-faiz xərcləri isə 5,210 mln. manata bərabər olub. Ötən il bankın faiz mənfəəti 19,9%, qeyri-faiz mənfəəti isə 43,7% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR