Azərbaycan gimnastı millimizə 34-cü medalı qazandırıb - VİDEO

Azərbaycan gimnastı millimizə 34-cü medalı qazandırıb - <span style="color: red;">VİDEO
# 21 iyun 2015 08:05 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, 4 növdə mükafatçıları müəyyənləşdirəcək idmançıların yarışında fərdi mübarizəyə yekun vurulub.

Qadınlar və kişilərin fərdi çıxışlarında final mərhələsində iki Azərbaycan təmsilçisi də qüvvəsini sınayıb.

Kişilərin yarışında çıxış edən İlya Qrişunin 58,765 xalla 3-cü olub. Bununla da bürünc medal qazanan təmsilçimiz Azərbaycanın 34-cü medalını rəsmiləşdirib.

O, yalnız rusiyalı Dmitri Uşakov (60,050), belaruslu Vladislav Hançarovdan (59,380) geri qalıb.

Eyni vaxtda keçirilən qadınların yarışında çıxış edən Svetlana Makştarova 52,595 xalla 5-ci olub.

Bu yarışda mükafatları rusiyalı Yana Pavlova (54,335), böyük britaniyalı Katerin Driskol (53,910) və belaruslu Anna Harçonak (53,565) qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR