"GünayBank" aktivlərini 2,4 dəfəyədək artırıb

"GünayBank" aktivlərini 2,4 dəfəyədək artırıb
# 21 iyul 2015 08:39 (UTC +04:00)

Bakı - APA-Economics. "GünayBank" 2015-ci ilin iyul ayının 1-ə aktivlərini 2,39 dəfə artıraraq 92 mln. 884 min manata çatdırıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə bankın kredit portfeli 2,31 dəfə artaraq 99 mln. 150 min manat təşkil edib.

İyulun 1-ə bankda problemli kreditlərin həcmi 1,61% artaraq 2 mln. 84,27 min manata çatıb.

Cari ilin I yarısında bankın depozit portfeli 28,66% artaraq 12 mln. 801 min manata yüksəlib.

Hesabat dövründə əhali tərəfindən banka 11 mln. 735 min manat həcmində əmanət yerləşdirilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 80,34% çoxdur.

Bankın xarici öhdəliyi yoxdur.

İyulun 1-ə "GünayBank"ın məcmu kapitalının həcmi 3,83 dəfə artaraq 62 mln. 524 min manat, nizamnamə kapitalı isə 3,59 dəfə artaraq 64 mln. 910 min manat olub.

Bank 2015-ci ilin I yarısını 1 mln. 611 min manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR