Ərdoğan: “ABŞ-ın Kobani şəhərini müdafiə edən kürdlərə silah verməsi düzgün addım olmayıb”

Ərdoğan: “ABŞ-ın Kobani şəhərini müdafiə edən kürdlərə silah verməsi düzgün addım olmayıb”
# 22 oktyabr 2014 17:27 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. ABŞ-ın Suriyanın Kobani şəhərinin müdafiəsini təşkil edən kürdlərə silah verməsi düzgün addım olmayıb.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R. Ərdoğan qeyd edib ki, kürdlər üçün nəzərdə tutulan silahın bir hissəsi “İslam dövləti” qruplaşmasının əlinə keçib.

“Atılan addım səhv idi. Çünki ABŞ-ın hərbi-nəqliyyat təyyarəsindən atılan silahın bir hissəsi İŞİD-in əlinə keçdi”, - deyə o vurğulayıb.

R. Ərdoğan, həmçinin, bildirib ki, Kobani ABŞ üçün deyil, Türkiyə üçün strateji önəm daşıyır: “Bu səbəbdən bizim burada atacağımız addımlar önəm daşıyır. Bu həssas məsələdir. Kimyəvi silahlarla öldürülən insanların sayı 1500-1600 nəfərdir, amma adi silahlarla öldürülənlərin sayı 300 mindir. Siz bunlara əhəmiyyət vermirsiniz, əvəzində isə 1500-1600 nəfəri kimyəvi silahla öldürənləri gündəmə gətirirsiniz. Bunun nə məntiq, nə hüquq, nə də vicdanla əlaqəsi ola bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR