Politoloq: “Azərbaycanlı girovların məsələsində beynəlxalq birliyin passivliyi sülh prosesinə də kölgə salır”

Politoloq: “Azərbaycanlı girovların məsələsində beynəlxalq birliyin passivliyi sülh prosesinə də kölgə salır”
# 30 oktyabr 2014 11:15 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatların və ATƏT-in Minsk qrupunun Qarabağda - Azərbaycanın işğal olunmuş ərazilərində girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun taleyinə biganəliyi suallar doğurur: “Onların bu məsələdəki passivliyi sülh prosesinə də kölgə salır. Sanki heç kim bizi eşitmək istəmir. Özümüz deyib, özümüz eşidirik. Şahbaz Quliyev, Dilqəm Əsgərov və mərhum Həsən Həsənov öz torpaqlarına getmişdilər. Ermənistan tərəfi isə onları “diversant” adlandırır və prezidentlərin görüş günündə qondarma “məhkəmə” şousu qurur. Ermənistanın bu məsələdə yaxasını kənara çəkməsi həqiqəti dəyişmir və İrəvanı məsuliyyətdən azad etmir. ATƏT-in Minsk Qrupunda həmsədr olan dövlətlər və başqa beynəlxalq təşkilatlar Ermənistana təsir etməli və girovların azad edilməsinə nail olmalıdır”.

Politoloq qeyd edib ki, azərbaycanlı girovların “erməni yeniyetməni öldürməsi” ittihamını da uydurma sayır: “Bu, ictimai rəyə təsir etmək üçün bəhanə də sayıla bilər. 1967-ci ildə bir ermənin qətlində azərbaycanlılar ittiham olunurdu və ermənilər bir maşına hücum edərək 3 azərbaycanlını öldürmüşdü. Amma sonra məlum oldu ki, həmin şəxsi onun doğma dayısı öldürüb. Belə təxribatlar az olmayıb, bu cür əsassız ittihamları az eşitməmişik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR