İsveç rəsmən Fələstinin müstəqilliyini tanıyıb

İsveç rəsmən Fələstinin müstəqilliyini tanıyıb
# 30 oktyabr 2014 10:16 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. İsveç rəsmən Fələstini müstəqil dövlət kimi tanıyıb.

APA-nın “Press TV” telekanalına istinadən verdiyi xəbərə görə, bunu İsveçin xarici işlər naziri Marqot Valstrom bəyan edib.

“Bu gün hökumətimiz Fələstini müstəqil ölkə kimi tanımaq barədə qərar verib. Bu, fələstinlilərin öz müqəddaratını təyin etmək hüququnu təsdiq edən çox vacib qərardır”, - deyə o vurğulayıb.

Qeyd edək ki, bu vaxtadək Polşa, Macarıstan və Slovakiya Fələstinin müstəqilliyini tanıyıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR