Cənubi Koreya prezidenti: “Seul Pxenyanla danışıqlara hazırdır”

Cənubi Koreya prezidenti: “Seul Pxenyanla danışıqlara hazırdır”
# 13 oktyabr 2014 10:46 (UTC +04:00)

Bakı - APA. İki Koreya xalqı gərginliyi azaltmaq və yarımadada sülhü bərqərar etmək üçün danışıqları davam etdirməlidir.

APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu Cənubi Koreya prezidenti Pak Kın He deyib.

Prezident rəsmi Seulun Şimali Koreya ilə danışıqlara hazır olduğunu bildirib. Bununla belə o, Pxenyanın təxribatlara əl atacağı halda qarşı tərəfə qarşı sərt cavab veriləcəyini vurğulayıb.

Xatırladaq ki, oktyabrın 4-də Şimali Koreyanın yüksək səviyyəli rəsmilərinin Seula səfəri çərçivəsində tərəflər danışıqların ikinci mərhələsinin oktyabrın sonu və ya noyabrın əvvəlində keçirilməsi ilə bağlı razılıq əldə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR