Minskdə MDB ölkələri dövlət başçılarının zirvə toplantısı başlayıb

Minskdə MDB ölkələri dövlət başçılarının zirvə toplantısı başlayıb
# 10 oktyabr 2014 11:24 (UTC +04:00)

APA-nın “gazeta.ru”ya istinadən verdiyi məlumata görə, görüşdə Belarus, Azərbaycan, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Moldova prezidentləri iştirak edir.

Qeyd edək ki, zirvə toplantısında 2015-2019-cu illərdə qanunsuz miqrasiyanın qarşısının alınması ilə bağlı əməkdaşlıq proqramının, humanitar sahədə əməkdaşlığın dərinləşməsi və sərhəd xidmətlərinin çevikliyinin artırılması üçün mütəxəssislər qrupunun yaradılması haqda sənədlərin müzakirəsi planlaşdırılıb. Bundan əlavə, II Dünya müharibəsində SSRİ-nin qələbəsinin 70-ci ildönümü münasibətilə dövlət başçılarının MDB xalqlarına birgə müraciəti nəzərdə tutulub. Ümumilikdə 17 sənəd layihəsi gündəliyə daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR