Söyüş üstündə qətl törədən şəxsin məhkəməsi başlayıb

Söyüş üstündə qətl törədən şəxsin məhkəməsi başlayıb
# 03 fevral 2016 08:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Hikmət Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası fevralın 8 -nə təyin edilib.

Qeyd edək ki, Hikmət Rəhimov münaqişə zəminində Elsevər Əliyev adlı tanışını bıçaqlayaraq qətlə yetirib. İlkin ifadəsində o, hadisəni söyüş üstündə törətdiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR