Bakıda metroda oğurluq edən şəxs saxlanılıb

Bakıda metroda oğurluq edən şəxs saxlanılıb
# 07 aprel 2016 11:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda metroda oğurluq edən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, aprelin 4-də metronun “28 May” stansiyasında Bakı şəhər sakini Elvira Cəfərovanın cibindən mobil telefon oğurlanıb.


Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Fərid Ağaəliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR