Yəmənin baş naziri və 7 hökumət üzvü ölkəyə qayıdıb

Yəmənin baş naziri və 7 hökumət üzvü ölkəyə qayıdıb
# 17 sentyabr 2015 00:23 (UTC +04:00)

Bakı-APA. Yəmənin baş naziri Xalid Bəhah Səudiyyə Ərəbistanından Ədənə gəlib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Yəmən hökumətinin mətbuat katibi bildirib.

Yəmən Nazirlər Kabinetinin başçısı ilə birgə 7 hökumət üzvü də vətənə qayıdıb. “Xalid Bəhah və 7 nazir ölkəyə həmişəlik qayıdıblar”, deyə mətbuat katibi vurğulayıb.

Sentyabrın 10-da BMT baş katibinin Yəmən üzrə xüsusi elçisi İsmail uld Şeyx Əhməd bəyan etmişdi ki, Yəmən hökuməti, “Ənsər Allah” (husilər) hərəkatı və sabiq prezident Əli Abdulla Salehin Ümummilli Xalq Konqresi sülh danışıqlarının aparılmasına razılıq veriblər. Lakin son anda Yəmən hökuməti danışıqlardan imtina etmişdi.

Qeyd edək ki, Yəmən hökuməti və üsyançı husilər rasında qarşıdurma 2014-cü ilin avqustundan davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR