Elmar Məmmədyarov Koreyanın yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

Elmar Məmmədyarov Koreyanın yeni təyin olunmuş səfirini qəbul edib - <span style="color: red;">FOTO
# 23 oktyabr 2015 12:29 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Koreyanın Azərbaycana yeni təyin olunmuş səfiri Kim Çanq Gyunu qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.

Görüşdə Azərbaycan və Koreya Respublikası arasında siyasi, iqtisadi və ticarət əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.

Səfir Kim Çanq Gyu diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov səfir Kim Çanq Gyuya diplomatik fəaliyyətində uğurlar arzu etdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR