Uçuşların təhlükəsizliyi ilə bağlı Azərbaycanın mülki aviasiyasına texniki yardım proqramı razılaşdırılıb

Uçuşların təhlükəsizliyi ilə bağlı Azərbaycanın mülki aviasiyasına texniki yardım proqramı razılaşdırılıb
# 11 iyul 2016 12:38 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Parisdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa/ Şimali Atlantika Bürosunun yaradılmasının 70 illiyi ilə bağlı tədbirlər keçirilib.

Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti bu tədbirlərində iştirak edib. Səfər zamanı nümayəndə heyəti həmçinin ICAO-nun Paris Bürosunda ikitərəfli görüşlər keçirib və uçuşların təhlükəsizliyi məsələlərində ölkəmizin mülki aviasiyasına ICAO-nun texniki yardım proqramını razılaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR