Bakıda 43 yaşlı kişi bıçaqlanıb

Bakıda 43 yaşlı kişi bıçaqlanıb
# 12 sentyabr 2015 08:03 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda bıçaqlanma hadisəsi baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 11-də saat 02:40 radələrində Sabunçu qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Bəhruz Hacıyev 1972-ci il təvəllüdlü Anatoli Naumova bıçaqla ağır bədən xəsarəti yetirib. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən B. Hacıyev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR