Lənkəran-Lerik yolunda sürüşmə olub

Lənkəran-Lerik yolunda sürüşmə olub
# 21 sentyabr 2016 13:03 (UTC +04:00)

Lerik. Ağəddin Babayev – APA. Lerik rayonunda torpaq sürüşməsi olub.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Lerik yolunun 27-ci kilometrliyində qeydə alınıb.

Sürüşməyə son günlər cənub bölgəsinə yağan yağışın səbəb olduğu bildirilir. Belə ki, dağlardan gələn lil-palçıq magistral yola tökülərək, nəqliyyat vasitələrinin hərəkətinə çətinlik yaradıb. Eni 6 metr olan yolun üst qatı da sürüşməyə məruz qalıb. Nəticədə yol daralıb.

43 saylı Lerik rayon yol istismar sahəsinin rəisi Elxan Əliyev APA-ya bildirib ki, qurumun ağır texnikası və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Hazırda yolun yuxarı hissəsində avtomobillərin normal hərəkət etməsi üçün zolaq açılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR