“Bursaspor”un yeni stadionunun adı “Azərbaycan Arena” ola bilər

“Bursaspor”un yeni stadionunun adı “Azərbaycan Arena” ola bilər
# 07 yanvar 2016 06:46 (UTC +04:00)

Bakı – APA. Türkiyənin “Bursaspor” klubunun yeni stadionunun adı “Azərbaycan Arena” ola bilər. Apasport.az-ın sporx.com saytına istinadən məlumatına görə, bunu klub prezidenti postuna namizədlərdən olan Timur Noyan deyib.

O bildirib ki, bu ay keçiriləcək seçkilərdən qalib ayrılarsa, yeni stadionun adı “Azərbaycan Arena” ola bilər.

Qeyd edək ki, “Bursaspor”da prezident seçkiləri yanvarın 11-19-u aralığında keçiriləcək. Ötən ayın 21-də Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan tərəfindən açılışı edilən arena 45 min tamaşaçı tutumuna malikdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR