Səbaya görə, sağlam qidanın mənbəyi sağlam torpaq və ona qayğıdır. Ağcabədi və Beyləqan ərazisindəki 4800 hektarlıq Səba tarlaları ən son texnologiya – pivot sistemi ilə suvarılır, ən yeni texnika ilə becərilir. Yazın gəlişi ilə əkinə başlayan şirkət hər ilin daha bərəkətli gələcəyinə inanır.
Səba torpaqlarının bərəkətli məhsulu – qarğıdalısı, buğdası Səba toyuqlarının sağlamlığını təmin edən təbii yemidir. Həm faydalı, həm də sərfəli olan toyuq əti ailələrin süfrəsində bolluq əlamətidir.
Səba toyuqlarının sağlamlığının daha bir səbəbi onların daim nəzarətdə olması, xəstəliklərdən, virus və infeksiyalardan peşəkarlıqla qorunmasıdır.
Halal kəsim isə bu brendi üstün edən daha bir özəllikdir. Azərbaycanda dövlət halal standartına layiq görülmüş yeganə brend olan Səba toyuqları kəsimxanada bütün islami şərtlər, eləcə də sanitariya və gigiyena tələblərinə uyğun olaraq kəsilir və qablaşdırılır.
Yaxşı təşkil olunmuş satış komandası hər gün marketləri təzə toyuq əti ilə təmin edir. Eyni zamanda, Səba ət-süd mağazaları azbüdcəli əhalinin sıx məskunlaşdığı ərazilərdə sevimli məhlə dükanlarına çevrilib. Bu dükanlarda Səba məhsulları marketlərdə olduğundan daha aşağı qiymətə təklif edilir.
Şirkət əmindir ki, min bir diqqət və qayğı ilə hazırladığı məhsulları sizin mətbəxinizdə məhəbbətlə dadlı təamlara çevrilib, sevdiklərinizə təqdim olunur.
Səba torpağımıza bərəkət, süfrələrimizə bol ruzi arzusu ilə bir azərbaycanlının torpaq çərşənbəsini təbrik edir.
Səba torpaqlarının bərəkətli çərşənbəsi
![Səba torpaqlarının bərəkətli çərşənbəsi](https://apa.az/storage/news/2016/march/12/big/230104d0a344db9da4ac74f8021721c7.jpg)
Sosial
![Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb](https://apa.az/storage/news/2024/june/24/big/667960ea12c0d667960ea12c0e1719230698667960ea12c0b667960ea12c0c.jpeg)
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
![FHN: Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi diqqətdə saxlanılır](https://apa.az/storage/news/2024/june/24/big/6679561aaf5a66679561aaf5a717192279306679561aaf5a26679561aaf5a4.jpg)
FHN: Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi diqqətdə saxlanılır
![Zəngilanda QHT-lərin Əməkdaşlıq Forumu keçirilir - <span class="red_color">FOTO - <span class="red_color">YENİLƏNİB](https://apa.az/storage/news/2024/june/24/big/66792c3b24b6066792c3b24b621719217211a0f1f5a299fe72f26b5bbd6cf4c16d21.jpeg)
Zəngilanda QHT-lərin Əməkdaşlıq Forumu keçirilir - FOTO - YENİLƏNİB
![Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb](https://apa.az/storage/news/2024/june/24/big/6679510da28406679510da28411719226637c7c296b4151d330321be30157f8d54af.jpg)