Azərbaycan İstanbul Beynəlxalq Kitab Sərgisində iştirak edəcək

Azərbaycan İstanbul Beynəlxalq Kitab Sərgisində iştirak edəcək
# 03 noyabr 2015 08:59 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan İstanbulda keçirilən Beynəlxalq Kitab Sərgisində iştirak edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sərgi noyabrın 7-dən 10-dək keçiriləcək.

Tədbirdə Azərbaycan mədəniyyəti, nəşriyyat-poliqrafiya sahəsi, kitab sənəti təmsil və təbliğ olunacaq.

Sərgi günlərində nazirlik tərəfindən nəşr edilən kitabların təqdimatı və imza mərasimlərinin keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR