İran nüvə proqramı danışıqlarında iştirak edən diplomatlarından birini həbs edib

İran nüvə proqramı danışıqlarında iştirak edən diplomatlarından birini həbs edib
# 28 avqust 2016 15:39 (UTC +04:00)

Bakı-APA. İranın nüvə proqramı ilə bağlı danışıqlarda iştirak edən diplomatlarından biri həbs edilib.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran məhkəmə sisteminin rəhbərinin müavini Qulam Hüsseyn Möhsin-Ecei açıqlayıb.

Həmin şəxs casusluqda şübhəli sayılır. Bir neçə gün həbsdə qalan diplomat daha sonra girov müqabilində azad edilib. Ancaq adı və soyadı diplomatla bağlı araşdırmalar hələ davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR