Yunanıstan Rusiya qazının Avropaya nəqli layihəsində iştirak etməyə hazırdır

Yunanıstan Rusiya qazının Avropaya nəqli layihəsində iştirak etməyə hazırdır
# 11 sentyabr 2016 03:34 (UTC +04:00)

Bakı-APA. Afina Rusiya qazının Avropaya nəqli üçün qaz borusunun Yunanıstan ərazisində inşası layihəsində iştirak etməyə hazırdır, çünki hesab edir ki, bu layihə əlverişlidir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Yunanıstanın energetika naziri Panos Skurletis bildirib.

“Yunanıstan qaz borusunun inşasında maraqlıdır, biz bu layihədə iştirak etməyə hazırıq, lakin hər şey Avropadan asılıdır”, - deyə o bildirərək, İtaliya və Avstriyanın da layihədə maraqlı olduqlarını vurğulayıb.

Skurletis qaz borusunun tikintisi ilə bağlı heç bir texniki problemin olmayacağında əmin olduğunu bildirərək, hər şeyin Avropa Komissiyasından asılı olduğunu xüsusi qeyd edib. O, həmçinin, Avropa Komissiyası ilə danışıqlarda İtaliya və Avstriyanın da iştirak edəcəyini istisna etməyib.

Nazir əmin olduğunu bildirib ki, qeyd olunan layihə minlərlə iş yerinin açılmasına və sərmayələrin cəlb olunmasına şərait yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR