Moskvada MDB ölkələrinin xüsusi xidmət orqanları rəhbərlərinin görüşü keçiriləcək

Moskvada MDB ölkələrinin xüsusi xidmət orqanları rəhbərlərinin görüşü keçiriləcək
# 27 oktyabr 2015 13:53 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskvada MDB ölkələri təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 39-cu iclası keçiriləcək.

Kremlin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, iclasdan sonra Rusiya prezidenti Vladimir Putin onları qəbul edəcək.

Görüş zamanı MDB məkanında antiterror fəaliyyətinin əsas aspektləri, Suriya və Əfqanıstanda hazırlıq keçən terrorçularla mübarizə məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, MDB ölkələri təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurası 1997-ci il martın 28-də MDB dövlət başçıları Şurasının qərarı ilə yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR