Yardımlıda avtomobil aşıb: 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Yardımlıda avtomobil aşıb: 2 nəfər ölüb, 4 nəfər yaralanıb
# 21 sentyabr 2015 10:42 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 20-də saat 19.00 radələrində Yardımlı rayonunun Honuba kəndində rayon sakini Vüqar Rəsulov idarə etdiyi “VAZ-21213” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və sərnişini İsmayıl Rəsulzadə hadisə yerində ölüb, digər 4 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Yardımlı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR