"Ziraat Bank Azərbaycan" kapitalını artıra bilər

"Ziraat Bank Azərbaycan" kapitalını artıra bilər
# 30 noyabr 2015 07:51 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "İndiki şəraitdə “Ziraat Bank Azərbaycan" ASC nizamnamə kapitalını artırmağı düşünmür".

Bunu "APA-Economics"ə "Ziraat Bank Azərbaycan"ın İdarə Heyətinin sədri Avni Demirci deyib.

Bankın nizamnamə kapitalının 50 mln. manat olduğunu xatırladan A. Demirci bazara yeni daxil olduqlarını əsas gətirib və kapitalın artırılması ilə bağlı hədəfin olmadığını deyib: "Təbii ki, gələcəkdə sərmayəmiz inkişaf hədəflərimizə görə dəyişə bilər. Bazara yeni daxil olduğumuzdan indi kapitalı artırmaq kimi hədəfimiz yoxdur. 3-4 aydır ki, fəaliyyətdəyik. Əvvəlcə, lazımı tədbirləri həyata keçirməli, bankın qurulması və böyüməsi ilə əlaqədar addımlar atmalıyıq. Ondan sonra kapitallaşmaya ehtiyac yaranarsa, əlavə sərmayə ediləcək. Amma indiki şəraitdə belə bir planımız və ehtiyacımız yoxdur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR