Braziliyada nümayişçilər və polis arasında toqquşmalar baş verib

Braziliyada nümayişçilər və polis arasında toqquşmalar baş verib
# 01 sentyabr 2016 03:14 (UTC +04:00)

Bakı-APA. Braziliyanın San-Paulu şəhərində baş verən kütləvi etiraz aksiyalar zamanı nümayişçilər və polis arasında toqquşmalar baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, etirazlar prezident Dilma Rousseffə impiçment elan edilməsindən sonra başlayıb.

Polis sabiq prezidentin tərəfdarlarına qarşı gözyaşardıcı qazdan istifadə edib. Etirazçılar isə polisə daş və tüstü bombaları atıb. D.Roussef impiçment qərarını dövlət çevrilişinə cəhd kimi qiymətləndirib.

Avqustun 31-də Braziliyanın Federal Senatı vəzifəsindən müvəqqəti kənarlaşdırılan Dilma Rousseffin impiçmentini səs çoxluğu ilə təsdiqləyib. 2018-ci ildə keçiriləcək yeni seçkilərədək Braziliyaya vitse-prezident Mişel Temer başçılıq edəcək.

2011-ci ildən ölkəyə rəhbərlik edən D.Roussefin adı bir neçə korrupsiya qalmaqalında hallanıb. Qalmaqallardan biri “Petrobras” Dövlət Neft Şirkəti ilə bağlıdır. Həmçinin, D. Rousseff büdcə vəsaitlərini 2014-cü ildə yenidən prezident seçilməyə yönəltməkdə və vergilərlə bağlı qanun pozuntularında şübhəli bilinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR