Penitensiar xidmətdə 22 nəfər işə qəbul edilib

 Penitensiar xidmətdə 22 nəfər işə qəbul edilib
# 21 noyabr 2015 09:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində kiçik rəis heyətinə qulluğa qəbul edilmiş 22 gənc əməkdaşla görüş keçirilib.



Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü ərəfəsində xidmətə qəbul olunmaları münasibəti ilə gənc əməkdaşlara ədliyyə naziri Fikrət Məmmədovun təbrikləri çatdırılıb.

Xidmət rəhbərliyi tərəfindən Penitensiar xidmətdə qulluğun xüsusiyyətləri gənclərə izah edilib, ədliyyə əməkdaşı olaraq öz fəaliyyətlərində insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq, humanizm, qərəzsizlik prinsiplərinə riayət etməklə dövlətə və xalqa sədaqətlə xidmət etmək tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR