Avropa Kinosu Festivalının proqramı açıqlanıb

Avropa Kinosu Festivalının proqramı açıqlanıb
# 27 oktyabr 2015 14:18 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Avropa Kinosu Festivalının proqramı açıqlanıb. APA-nın məlumatına görə, “Park Cinema” kinoteatrlar şəbəkəsinin Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə birgə oktyabrın 29-da təşkil edəcəyi festivalın fəxri qonaqları “Then it’s Hi! Hi! Hee!” filmi ilə Latviyadan “VERHOUSTINSKIS ANDREJS”, “Sonja and the Bull” filmi ilə Xorvatiyadan Vorkapic Vlatka və “Those Who Dare” filmi ilə Estoniyadan Mr Kiur Aarma olacaq.

Artıq filmləri Festivalda nümayiş etdiriləcək ölkələrlə bununla bağlı razılıqlar əldə olunub.

Bu sırada Almaniya, Finlandiya, Çexiya, Böyük Britaniya, Avstriya, Xorvatiya, Belçika, Rumıniya, İtaliya, Estoniya, Fransa, İspaniya, Latviya, Macarıstan, İsveç, Yunanıstan, Litva və Portuqaliya filmləri var.

Azərbaycanı isə Avropa Kinosu Festivalında Kamran Şahmərdanın yazıçı Elçinin pyesi əsasında çəkdiyi “Qatil” filmi təmsil edəcək.

Festvalın açılışı “Park Bulvar” Ticarət və Əyləncə Mərkəzində yerləşən “Park Cinema” kinoteatrında Belçika kinematoqrafçılarının “Turquaze” filminin nümayişi ilə baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR