“Zolotaya korona” “Bank VTB (Azərbaycan)”ı diplomla təltif edib

“Zolotaya korona” “Bank VTB (Azərbaycan)”ı diplomla təltif edib
# 19 noyabr 2015 08:16 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Zolotaya korona” pul köçürmə sistemi “Bank VTB (Azərbaycan)”ı diplom ilə təltif edib.

Bankdan “APA-Econmics”ə verilən xəbərə görə, bu mükafat banka “Zolotaya Korona-Pul köçürmələri” servisi ilə effektiv və sıx əməkdaşlığa görə verilib.

“Bank VTB (Azərbaycan)” pul köçürmələri sahəsində müştərilərə keyfiyyətli xidmət göstərmək üçün ciddi işlər həyata keçirir. “Neçə illərdir ki, bank “Zolotaya korona” pul köçürmələri sistemi ilə çalışır və biz belə yüksək qiymət aldığımız üçün çox şadıq. Ümid edirəm ki, bizim əməkdaşlıq uğurla davam edəcək”, - deyə “Bank VTB (Azərbaycan)”ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

“Zolotaya Korona” servisindən başqa bank həmçinin “Western Union”, “Contact”, “Blizko” pul köçürmə sistemləri ilə öz müştərilərinə vəsaitlərini köçürmək imkanı verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR