Lənkəranda avtomobil yanıb

Lənkəranda avtomobil yanıb
# 17 avqust 2016 01:32 (UTC +04:00)

Bakı-APA. Lənkəranda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın Lənkəran rayonu, Liman şəhərində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin mühərrik hissəsi və salonu qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR