Hakerlər Federal Təhqiqatlar Bürosunun 20 min əməkdaşının məlumatlarını yayıblar

Hakerlər Federal Təhqiqatlar Bürosunun 20 min əməkdaşının məlumatlarını yayıblar
# 09 fevral 2016 07:35 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Naməlum hakerlər ABŞ Federal Təhqiqatlar Bürosunun (FBİ) 20 min əməkdaşının şəxsi məlumatlarını yayıblar.

APA-nın CNN-nə istinadən verdiyi xəbərə görə, hakerlər bu barədə “Twitter” səhifələrində #FreePalestine (Fələstinə Azadlıq) haştagı ilə məlumat yerləşdiriblər. Hakerlər bildiriblər ki, məlumatları ABŞ Ədliyyə Departamentinin məlumat bazasını "sındırmaqla" əldə edə biliblər.

Hakerlər tərəfindən yerləşdirilən informasiya əməkdaşların vəzifələri, habelə telefon nömrələri və elektron poçt kimi məlumatlarını əhatə edir.

Ədliyyə Nazirliyi faktla bağlı araşdırma aparır.

Nazirliyin nümayəndəsi Petr Karr CNN-ə açıqlamasında personalın şəxsi məlumatının oğurlanması barədə məlumatı təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl analoji hadisə ABŞ Daxili Təhlükəsizlik Departamentinin 10 min əməkdaşı ilə bağlı baş vermişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR