Gəncə-Göygöl-Toğana yolunda qəzada sürücünün ayağı sınıb

Gəncə-Göygöl-Toğana yolunda qəzada sürücünün ayağı sınıb
# 12 yanvar 2020 21:09 (UTC +04:00)

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Toğana kəndində qeydə alınıb.

Gəncə sakini 1994-cü il təvəllüdlü Tağıyev İbrahim Raqif oğlu idarə etdeyi “VAZ 2106” 10-KH-997 nömrəli dövlət qeydiyyat nömrəli minik maşını ilə Gəncə istiqamətdə hərəkətdə olarkən idarə etməni itirib. Qəza zamanı avtomobil yolun kənarındakı qayaya çırpılıb. Sürücü xəsarət alaraq xətəxanaya yerləşdirilib.

Xəstəxandan bildirilib ki, sürücünün ayağı sınıb. Onun vəziyyətinin kafi olduğu bildilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR