Azərbaycanda 2166 məscid var

Azərbaycanda 2166 məscid var
# 14 oktyabr 2016 13:21 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Azərbaycanda 2166 məscid var. APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Azərbaycanda dövlət-din münasibətləri - 25 il” mövzusundakı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2166 məscidin 1500-ü gündəlik fəaliyyət göstərir: “Bu məscidlərdən 692-si dövlət qeydiyyatına alınıb. Azərbaycan məscidlərinin tutumu yarım milyon insanın ibadət etməsinə imkan verir”.

G. İsmayılov sovet vaxtı Azərbaycanda 17 məscidin fəaliyyət göstərdiyini bildirib: “Azərbaycanda dövlət qeydiyyatına alınmış 3 mədrəsə fəaliyyət göstərir. Dövlət qeydiyyatına alınmış mədrəsələr Şəki, Zaqatala və Bakıdadır. Hazırda Azərbaycanda 200-dən artıq Quran hafizi var".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR