Bakıda piyadanı vuran avtomobil sonra dirəyə və dayanacağa çırpılıb, yaralananlar var - FOTO - VİDEO

Bakıda piyadanı vuran avtomobil sonra dirəyə və dayanacağa çırpılıb, yaralananlar var - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 17 avqust 2015 23:04 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb.

Qadın sürücünün idarə etdiyi "Mercedes" markalı avtomobil köhnə maşın bazarından şəhər mərkəzi istiqamətində yüksək sürətlə hərəkətdə olan zaman idarəetmənin itirilməsi nəticəsində qəzaya uğrayıb. Avtomobil yolayırıcından qarşı hərəkət zolağına keçərək, yol kənarındakı dirəyə çırpılıb. Bunun ardınca "Mercedes" piyadanı vurub, daha sonra isə avtobus dayanacağına çırpılıb.

Qəza nəticəsində "Mercedes"in sürücüsünün qızı, 13 yaşlı Əliyeva Dəniz Rza qızı və avtomobilin vurduğu piyada, 19 yaşlı Dəmirov Ruslan Asif oğlu ağır xəsarətlər alıb. 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılan yaralılardan Ruslan Dəmirovun vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib. 13 yaşlı Dəniz Əliyevaya isə kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR