Moldovada korrupsiya işi üzrə nazir müavini saxlanılıb

Moldovada korrupsiya işi üzrə nazir müavini saxlanılıb
# 31 mart 2017 18:55 (UTC +04:00)

Moldova İqtisadiyyat nazirinin müavini Valeriy Triboy korrupsiya işi üzrə saxlanılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Moldovanın Milli antikorrupsiya mərkəzinin mətbuat katibi Anjela Starinski bildirib.

“Nazir müavini Valeriy Triboy korrupsiya işi üzrə saxlanılıb. Əlavə detallar barədə sonra məlumat veriləcək”, deyə A.Starinski qeyd edib.

Qeyd edək ki, Valeriy Triboy 2016-cı ilin iyulunda Moldova İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR