Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin avqust ayında Ceyhan limanından 871 787 ton xam neft ixrac edib
“APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55,12% azdır.
Ümumilikdə, bu ilin yanvar-avqust ayları ərzində Ceyhan limanından isə 11 272 041 ton xam neft ixrac edilib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 18,96% azdır.
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.