Netanyahu Putinlə İranın Suriyada mövcudluğunun perspektivlərini müzakirə edəcək

Netanyahu Putinlə İranın Suriyada mövcudluğunun perspektivlərini müzakirə edəcək
# 23 avqust 2017 02:38 (UTC +04:00)

İsrailin baş naziri Binyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı İranın Suriyada mövcudluğunun perspektivlərini müzakirə etmək niyyətində olduğunu bildirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin baş naziri dəftərxanasının məlumatında bildirilir.

“Vladimir Putinlə görüş zamanı İranın Suriyada tez bir zamanda hərbi mövcudluğunu təmin etmək cəhdlərini müzakirə edəcəyəm. Bu, əlbəttə ki, İranın nüvə sazişi imzalandıqdan sonra heç də zəifləməmiş təcavüzkarlığını təsdiqləyir. Bu tək İsrail üçün deyil, Yaxın Şərq və bütün dünya xalqları üçün problemdir”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, görüşün avqustun 23-də Soçidə keçirilməsi nəzərdə tutulub. Görüşdə Yaxın Şərqdəki vəziyyət, Suriya problemi və terrorla mübarizə müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR