Ramiz Quliyevin yaradıcılıq gecəsi keçiriləcək

Ramiz Quliyevin yaradıcılıq gecəsi keçiriləcək
# 23 oktyabr 2017 08:03 (UTC +04:00)

Oktyabrın 31-də Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən, xalq artisti Ramiz Quliyevin yaradıcılıq gecəsi keçiriləcək.

APA-nın məlumatına görə, yaradıcılıq gecəsi sənətkarın 70 illik yubileyinə həsr olunub və Azərbaycan Televiziyası “Mədəniyyət” kanalı, Beynəlxalq Muğam Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək.

Konsertdə tanınmış sənət xadimləri və ifaçıları – xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova, Nəzakət Teymurova, əməkdar artistlər ilkin Əhmədov, Təyyar Bayramov, Səbuhi İbayev, Naxçıvanın əməkdar artisti Ehtiram Hüseynov, xanəndələr Arzu Əliyeva, Aytən Məhərrəmova, Abgül Mirzəliyeva, Rəvanə Qurbanova və Səbinə Ərəbli çıxış edəcəklər.

Professor Ramiz Quliyev və digər ifaçılarla bərabər konsertdə Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” Xalq çalğı alətləri ansamblı iştirak edəcək.

Ansamblın bədii rəhbəri xalq artisti Adil Bağırovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR