Lənkəranda yol qəzası baş verib, 3 nəfər xəsarət alıb

Lənkəranda yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
# 29 iyul 2018 23:47 (UTC +04:00)

Lənkəranda yol qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, "Mercedes" markalı avtomobilin hərəkətdə olarkən idarəetmədən çıxması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar - Masallı rayon Mahmudavar kənd sakini, 1982-ci il təvəllüdlü Nuranə Əbdül qızı Qafarova, Lənkəran şəhər sakinləri - 1974-cü il təvəllüdlü Azər Zakir oğlu Babayev və 1980-ci il təvəllüdlü Şahin Ramiz oğlu Əlizadə müxtəlif dərəcəli xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR