Rusiyada “Lukoil”a məxsus zavodda baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Rusiyada “Lukoil”a məxsus zavodda baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
# 10 yanvar 2020 02:20 (UTC +04:00)

Rusiyanın Komi Respublikasında neft emalı zavodunda baş vermiş yanğın söndürülüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-dən məlumat verilib.

Məlumata görə, yanğın ilk olaraq minlərlə kvadratmetr sahəni əhatə edib.

Yanğın yerli vaxtla gecə saat 23:20-də 800 kv/m sahədə lokallaşdırılıb. Bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

***

Saat 19:19

Rusiya Federasiyasının Komi Respublikasında “Lukoil"a məxsus neftayırma zavodunda yanğın baş verib.

APA-nın “RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, yanğın 200 kvadrat metr ərazini əhatə edib. Yanğın nəticəsində bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yanğının səbəbi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR