Səudiyyə Ərəbistanının şirkətləri azad olunmuş ərazilərin bərpasında iştiraka dəvət edilib.
Maliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, Ər-Riyad şəhərində keçirilən Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-ci iclasında Komissiyanın həmsədri, maliyyə naziri Samir Şərifov Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən quruculuq işləri barədə məlumat verib.
Komissiyanın həmsədri Qarabağ regionunun minalardan təmizlənməsi, tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin, infrastrukturun bərpası işlərinin sürətlə həyata keçirildiyini bildirib, Səudiyyə Ərəbistanı şirkətlərini azad olunmuş ərazilərin bərpasında və yenidən qurulmasında iştiraka dəvət edib.
Maliyyə naziri həmçinin, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə tədbir iştirakçılarına məlumat verib, səudiyəli investorları sənaye zonalarına və aqroparklara, o cümlədən, Sumqayıt kimya sənaye parkı, Yüksək texnologiyalar parkı, Mingəçevir yüksək texnologiyalar parkı və Balaxanı, Qaradağ, Mingəçevir, Pirallahı sənaye parkları və Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələrinə sərmayə yatırmağa dəvət edib.
Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar olduğunu və Səudiyyə Ərəbistanının iş adamlarının Azərbaycanda turizm infrastrukturunun inkişafına öz töhfəsini verə biləcəyini diqqətə çatdıran nazir eyni zamanda, kənd təsərrüfatı sahəsində də ölkələrimiz arasında əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd edib, kənd təsərrüfatı və ərzaq məsullarının istehsalı üzrə Azərbaycan-Səudiyyə Ərəbistanı birgə müəssisələrinin yaradılmasının, Azərbaycanda mövcud olan kənd təsərrüfatı layihələrinə səudiyyəli iş adamlarının cəlb edilməsinin, Azərbaycanda istehsal olunan qida və kənd təsərrüfatı məhsullarının Səudiyyə Ərəbistanına idxalının potensial əməkdaşlıq sahələri kimi önə çəkib.
Səudiyyə Ərəbistanının şirkətləri azad olunmuş ərazilərin bərpasında iştiraka dəvət edilib
© APA | Azərbaycan-Səudiyyə Ərəbistanı-Hökumətlərarası Komissiyasının iclası
Maliyyə
Yelo Bank hər ay komissiyasız investisiya həftəsi keçirəcək!
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
Qlobal IE Biznes Məktəbi ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirdi
Dövlət satınalmalarında bank zəmanətləri elektron olacaq
Xəbər Lenti
Ötən ay iki cərrahın ixtisasına uyğun olmayan plastik əməliyyatlar apardığı aşkarlanıb
Yelo Bank hər ay komissiyasız investisiya həftəsi keçirəcək!
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
BƏƏ 17 iranlı məhbusu Tehrana təhvil verib
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
Mirzoyan Əraqçi ilə görüşüb
Rusiyada vəba xəstəliyinin aşkarlandığı, 1 nəfərin öldüyü, xəstəxanalarda 3 həftəlik karantin elan edildiyi barədə məlumat yayılıb
Səfərbərlik Xidmətinin 2 əməkdaşı korrupsiya ilə bağlı ehtiyata buraxılıb, 144 nəfər barədə iş prokurorluğa göndərilib
Qlobal IE Biznes Məktəbi ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirdi
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək, dəqiq tarix açıqlanıb
Dövlət satınalmalarında bank zəmanətləri elektron olacaq
Ağdamdan Kəlbəcərə yeni nəqliyyat xətti formalaşır - VİDEO
Özəl məhkəmə ekspertləri barəsində intizam icraatı müəyyən olunur
Məhkəmə ekspertizası fəaliyyətinin elektron qaydada aparılması proseduru müəyyənləşir
Məhkəmənin hökmünü icra etməyən hüquqi şəxslərə qarşı cinayət-hüquqi tədbirlər tətbiq ediləcək
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO
Pulsuz hüquqi yardımın göstərilməsi üzrə xidmət haqqı və digər xərclər məlum olub
Paralegallara dair tələblər qoyulur, reyestrləri aparılacaq
Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq
Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq
Pulsuz hüquqi yardım alacaq şəxslərin əhatə dairəsi və vəkillərin məsuliyyəti müəyyənləşir
Nazir: Süni intellektdən yaxşı istifadə şagirdlərin qiymətləndirilməsində rol oynaya bilər
Tramp Braziliyada seçkilərin nəticələrini şərh edib
FT: Estoniya Rusiya ilə sərhədə qoşun yığır
Ermənistanda Serj Sarkisyanla bağlı yeni cinayət işi açılıb
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı qanun layihəsi MM-ə daxil olub
Emin Əmrullayev: Müəllimin işi 45 dəqiqədə şagirdlərə dərs çatdırmaqdır
Qızıl və gümüş bahalaşıb
Jalə Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb
Nazir: Müəllimlik ən çətin, ən şərəfli peşələrdən biridir
Yağışla əlaqədar yollarda endirilən sürət həddi bərpa edilib
Mingəçevərdə qadın bıçaqlanıb, əri polisə təslim olub
Ağstafada iki qardaş kafedə xəsarət alıb
Əmtəə birjasında təbii qazın dəyəri azalıb
Bu günün valyuta məzənnələri
Dünya bazarlarında neft ucuzlaşıb
Yaponiya insansız nəqliyyat gəmiləri hazırlayacaq
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
“Bitcoin”in qiyməti 86 min dolları ötüb
İsrail ordusu Suriyanın cənubunda bir nəfəri öldürüb
ABŞ Karib dənizində bir katerə zərbə endirib, 4 nəfər ölüb
Bolsonaro və Lula da Silva prezident seçkilərinin ikinci turuna çıxıb - YENİLƏNİB
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
KİV: ABŞ bütün bombardmançılarını insidentdən sonra Feyrfod bazasından çıxarıb
UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib - NƏTİCƏLƏR
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
Biləsuvarda 26 yaşlı oğlan qətlə yetirilib, qohumu tutulub