Bakıda dava olub, bir nəfər güllələnib

Bakıda dava olub, bir nəfər güllələnib
# 19 iyul 2017 23:35 (UTC +04:00)

Bakının Sabunçu rayonunda güllələnmə hadisəsi baş verib.

APA-nın məlumatına görə, Bakıxanov qəsəbəsinin Mahir Əmirov küçəsində naməlum şəxslər arasında mübahisə yaranıb. Nəticədə 29-30 yaşlarında olan kişiyə pnevmatik tapançadan açılıb. Həmin şəxs baş və bədən nahiyəsindən xəsarətlər alıb və 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır.

Hadisə yerinə Sabunçu rayonu polis idarəsinin 13-cü polis bölməsinin əməkdaşları cəlb olunub. Hadisəni törədən şəxslərin axtarışına başlanılıb.

Yaralını xəstəxanaya Post Patrul Xidmətinin əməkdaşları çatdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR