Polisi güllələyən şəxsin cəzası azaldılmayıb

Polisi güllələyən şəxsin cəzası azaldılmayıb
# 26 yanvar 2017 06:06 (UTC +04:00)

Bakı Apellyasiya Məhkəməsində polis əməkdaşlarını öldürməyə cəhddə təqsirləndirilən Elvin Məmmədovun apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü E. Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayətində o cəzasının azaldılmasını istəyib.

E. Məmmədov əvvələr oğurluq hadisəsi törətdiyi üçün Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. İttiham aktına əsasən, E. Məmmədov 2015-ci ildə növbəti dəfə cinayət törətməyə cəhd edərkən onu tutmaq istəyən Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşını güllələyərək öldürməyə cəhd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR