Almaniyanın Bakıdakı səfirliyində başsağlığı kitabı açılıb

Almaniyanın Bakıdakı səfirliyində başsağlığı kitabı açılıb
# 23 dekabr 2016 10:00 (UTC +04:00)

Almaniyanın Azərbaycandakı səfirliyində dekabrın 19-da Berlindəki Milad yarmarkasında baş vermiş terror hadisəsi ilə əlaqədar başsağlığı kitabı açılıb.

APA-nın məlumatına görə, Azərbaycan hökuməti və prezidenti adından bu gün iqtisadiyyat naziri Şahin Mustafayev səfirliyə gedərək kitabda başsağlığını qeyd edib. Digər hökumət və ictimaiyyət nümayəndələri, diplomatik korpusun təmsilçiləri də səfirlikdə olublar və alman xalqı ilə həmrəylik nümayiş etdiriblər.

Kitab dekabrın 22-də və bu gün saat 12:00-a qədər açıq olub.

Qeyd edək ki, dekabrın 19-da Berlində naməlum şəxs tərəfindən idarə olunan yük maşını bayram yarmarkasına daxil olaraq insanları əzməyə başlayıb. Nəticədə 12 nəfər ölüb, 48 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR