Gürcüstan DİN Tbilisidə keçirilmiş antiterror əməliyyatı barədə məlumat yayıb

Gürcüstan DİN Tbilisidə keçirilmiş antiterror əməliyyatı barədə məlumat yayıb
# 22 noyabr 2017 17:23 (UTC +04:00)

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə keçirilmiş antiterror əməliyyatı barədə rəsmi məlumat yayıb.

APA-nın yerli bürosu məlumata istinadla xəbər verir ki, əməliyyat zamanı bir nəfər də olsun mülki şəxs xəsarət almayıb.

“Xüsusi əməliyyatda nazirliyin müvafiq qurumları iştirak edib. Daxili işlər naziri və digər rəsmi şəxslər hadisə yerində olub. Polisin hər bir addımı sakinlərin təhlükəsizliyinin təmin olunmasına yönəlib.”, - deyə məlumatda qeyd olunub.

DİN əməliyyat zamanı yaralanmış iki əməkdaşının vəziyyətinin sabit olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR