Bölgələrdə şimşək çaxacaq, yağış yağacaq - VİDEO

Bölgələrdə şimşək çaxacaq, yağış yağacaq - <span style="color: red;">VİDEO
# 20 avqust 2015 10:04 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Avqustun 21-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, gecə şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 20-23, gündüz 24-28 dərəcə olacaq.

Bölgələrdə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Temperatur gecə 19-24, gündüz 26-34, dağlarda 12-17, gündüz 19-24 dərəcə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR