Tbilisidə azərbaycanlıların yaşadığı qəsəbədə xüsusi əməliyyat keçirilib

Tbilisidə azərbaycanlıların yaşadığı qəsəbədə xüsusi əməliyyat keçirilib
# 07 noyabr 2017 07:40 (UTC +04:00)

Bu gün səhər saatlarında Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirib.

APA-nın yerli bürosunun məlumatına görə, əməliyyat nəticəsində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsində şübhəli bilinən bir nəfər saxlanılıb.

Saxlanılan şəxsin əvvəllər də eyni cinayəti törətdiyi bildirilir. Onun kimliyi barədə hələ məlumat verilmir. DİN faktla bağlı istintaq aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR