Buffon ilin ən yaxşı qapıçısı seçilib

Buffon ilin ən yaxşı qapıçısı seçilib
# 23 oktyabr 2017 21:24 (UTC +04:00)

FİFA İngiltərənin paytaxtı Londonda ötən ilin ən yaxşılarını mükafatlandırır. Apasport.az saytının məlumatına görə, “Palladium” teatrında keçirilən “The Best” adlı tədbirdə müxtəlif nominasiyalarda ən yaxşılar bəlli olur.

Budəfəki tədbirdə ilk dəfə olaraq ən yaxşı qapıçılar da seçilib.

İtaliya millisinin və “Yuventus”un qapıçısı Canluici Buffon əsas rəqibləri Keylor Navas ("Real Madrid”, İspaniya) və Manuel Noyeri ("Bavariya”, Almaniya) qabaqlayıb.

Qeyd edək ki, Buffon “Yuventus”la ötən mövsüm A seriyasında çempion olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR