Tbilisidə yaşayış binasında partlayış baş verib

Tbilisidə yaşayış binasında partlayış baş verib
# 30 avqust 2017 15:30 (UTC +04:00)

Tbilisinin Saburtalo rayonunun Kavtaradze küçəsində yerləşən yaşayış binasının birinci mərtəbəsində partlayış baş verib.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, partlayışa qaz sızması səbəb olub. Partlayış nəticəsində yanğın baş verib. Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.


Yanğınsöndürmə və təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR